تبليغاتX
STOP TORTURE OF POLITICAL PRISONERS -

Evin həbsxanasında işgəncə faktları


“Azərbaycan Məhbuslarını Müdafiə Assosiasiyası” əlaqədar mərkəzləri problemə diqqət ayırmağa çağırır

QayNar: İran hökumət orqanları tərəfindən həbs edilmiş beş Cənubi Azərbaycanlı fəalın- Səid Mətinpur, Əlirza Mətinpur, Cəlil Qənili, Bəhruz Səfəri və onun həyat yoldaşı Leyla Heydərinin həbsindən aylar keçməsinə baxmayaraq, onlar hələ də qeyri-müəyyən səbəblərdən Tehranda Evin Həbsxanasında saxlanılırlar.

Bu barədə “
QayNar”-a “Azərbaycan Məhbuslarını Müdafiə Assosiasiyası”ndan Vahid Qarabağlı məlumat verir.

Adı gedən məhbuslarin üçü- Səid Mətinpur, Cəlil Qənili, Bəhruz Səfəri, Əlirza Mətinpur doqquz ay əvvəl, Leyla Heydəri altı ay əvvəl həbs edilmişlər.

Həbs olunanların heç biri hələ də irəli sürülən ittihamlardan xəbərdar deyillər, həbslərinin hüquqi vəziyyəti də məlum deyil, istintaq prosesi vəkilsiz gedir və məhkəmə heç bir açıqlama verməyibdir.

Onların ailə üzvlərinin və yaxınlarda həbsdən azad olan fəalların verdiyi xəbərə görə,  adıçəkilən məhbuslar gərgin fiziki və psixoloji işgəncənin altındadır. Belə ki,  İran hökumət orqanları uzun müddət onlara işgəncə verərək televiziyada “etiraf” etməyə məcbur edirdi.

Həbsdən azad olan fəallardan biri istintaq zamanında məruz qaldığı işgəncələri belə təsvir edir: “Bizi,  ailəmizi və Azərbaycan millətini təhqir edirdilər, günlərcə bizi təpiklə vurur, yaxınlarımız haqda bizə yalan xəbərlər verirdilər.”

İranda Azərbaycanlı məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olan qruplar, onlarla azərbaycanlı məhbusun ağır işgəncə altında olmasından ciddi narahatlığını bildirir və İran qanunvericiliyinə uyğun olaraq ittiham irəli sürülmədən qanunsuz həbslərə son qoymağa çağırır. Onların fikrincə Güney Azərbaycanda öz milli haqlarını tələb edən insanlar təqib olunurlar,

Azərbaycan Milli Hərəkatı Azərbaycanlı kimliyinin rəsmən tanınması, öz tariхindən, mədəniyyətindən bütün sahələrdə yararlanması, Azərbaycan türkcəsinin rəsmi dil olaraq tanınması, insanlara ana dilində təhsil hüququnun verilməsini tələb edir. Güney hərəkatının istəkləri insan hüquqlarına dayanır. Sonda Media, Hüquq Müdafiə Təşkilatları və İşgəncə Əleyhinə Mərkəzləri qanunsuz həbslər və təzyiqlərə qarşı öz etirazlarını bildirməyə çağırırıq və istəyirik ki, onlarla məhbusun ağır işgəncə altında olmasına biganə qalmasınlar.

stoptortureMon 21 Jan 2008 18:57 | Link |
 
business article